Hər hansı ixtisas, peşə və ya sənətdə peşəkar insanın bu sahəyə marağı olan təcrübəsiz insanlarla şəxsi təcrübələrini paylaşması mentorluq adlanır. Mentorluq fəaliyyəti ilə məşğul olan şəxslərə mentor deyilir. Mentorluq fəaliyyətinə aşağıdakılar daxildir:
- Elm, biznes, karyera və s. üçün perspektiv yollar ilə tanış etmək;
- Şəxsi narahat edən məsələlər ilə maraqlanmaq və onların məxfiliyini qorumaq;
- Məsələlərlə bağlı obyektiv rəy, irad və təkliflərini vermək
- Həm uğursuzluq, həm də müvəffəqiyyətləriylə bağlı təcrübələrini bölüşmək;
- Qərəzsiz dəstək olmağa çalışmaq;
- Davamlı motivasiya dəstəyi vermək;
- Davamlı inkişafı təmin etmək üçün əlaqə və şəbəkə ilə təmin etmək.